Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Zelenski Trampın xüsusi elçilərinin Kiyevə səfərinin vaxtını açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidentinin xüsusi elçilərinin yazın sonu, yayın əvvəlində ölkəyə səfər edə biləcəklərini deyib.

Yenixeberorg.com xəbər verir ki, bu barədə Zelenski Ukraynanın müdafiə naziri Rüstəm Umerovun mayın 7-də Mayamidə ABŞ Prezidenti Donald Trampın nümayəndələri ilə keçirdiyi görüşlər barədə məruzəsinin yekunları üzrə sosial şəbəkələrdə məlumat yayıb və danışıqların məzmunlu olduğunu qeyd edib.

"Biz zəruri səfərlərin qrafikini əlaqələndiririk və ABŞ prezidentinin elçilərinin yazla yayın qovuşağında Kiyevə gəlişini gözləyirik. Ümid edirik ki, bu dəfə planlarımızı həyata keçirməyə və diplomatiyanı fəallaşdırmağa nail olacağıq", - Zelenski qeyd edib.

O əlavə edib ki, Mayamidəki müzakirələr zamanı tərəflər humanitar məsələlərə, o cümlədən hərbi əsirlərin mübadiləsinin davam etdirilməsinə toxunublar.

"Biz təhlükəsizliyə zəmanət verə biləcək razılaşmaların detallarını dəqiqləşdiririk", - Zelenski bildirib.

O, konstruktiv yanaşmanın vacibliyini vurğulayıb və Ukraynanı, həmçinin ABŞ ilə ikitərəfli münasibətləri möhkəmləndirmək yolu ilə sülhə doğru irəliləməyin zəruriliyini qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam