Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının iclasında təmsil olunub-FOTO

Mayın 12-14-də Azərbaycan nümayəndə heyəti Maltada keçirilmiş BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında iştirak edib.

Yenixeberorg.com: Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

İclasda davamlı və dayanıqlı turizmin təşviqi məqsədilə 2027-ci ilin "Beynəlxalq Dayanıqlı Turizm İli" elan olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

İclas çərçivəsində BMT-Turizmin Baş katibi Şeyxa Nasir Əl Nuvais "Qlobal baxış və regional yanaşma" mövzusunda hesabat təqdim edib və Monteneqronun 2027-ci ildə BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının növbəti 73-cü iclasına ev sahibliyi etməsi haqqında qərar qəbul edilib.

Tədbir çərçivəsində, həmçinin "Arzuladığımız Gələcəyə Doğru Turizmin İnkişafı: İnkişaf, İnsan və Planet Arasında Balansın Qurulmasına dair Siyasətlər üzrə Dialoq" adlı tematik konfrans təşkil edilib, turizmdə dayanıqlı inkişaf, yerli icmaların rifahı və ekoloji tarazlığın qorunması istiqamətində dövlət siyasətlərinin rolu müzakirə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam