Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Türkiyə Prezidenti: Böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin əhəmiyyətini ortaya qoyub

Yaxın ətrafımızda baş verən böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin strateji əhəmiyyətini bir daha ortaya qoyub.

Yenixebeorg.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib.

“Yaxın ətrafımızda baş verən böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin strateji əhəmiyyətini bir daha ortaya qoyub. Geosiyasi sınaqlar qarşısında məsləhətləşmə mexanizmlərimizi və koordinasiyamızı gücləndirməliyik. TDT+ formatının ən qısa zamanda həyata keçirilməsini faydalı hesab edirik. Bizim və nazirlərimizin artan təmasları türk dövlətlərinin artıq ortaq məsələlər qarşısında yüksək səviyyəli reflekslər qazandığını təsdiqləyir.

Bu gün Hörmüz boğazı mərkəzli böhranın göstərdiyi kimi, Orta Dəhliz başda olmaqla türk dünyasını bir-birinə bağlayan nəqliyyat layihələri uzun illər ərzində prioritetimiz olaraq qalacaq. Yüksək texnologiyalar əsasında formalaşdırdığımız müdafiə sənayesində qazandığımız təcrübəni təşkilatımızın üzvləri ilə bölüşməyə hazırıq. Təşkilatımız çərçivəsində müdafiə sənayesi qurumlarının toplantılarının mütəmadi keçirilməsinə böyük önəm veririk. Noyabr ayında ölkəmizdə keçiriləcək COP31 İqlim Konfransını süni intellekt və rəqəmsal texnologiyaların təqdim etdiyi imkanları ön plana çıxaran yanaşma ilə təşkil etməyi planlaşdırırıq. Bundan əlavə, kənd təsərrüfatı istehsalının dəstəklənməsi üçün texnologiyanın imkanlarından maksimum istifadə etməyi hədəfləyən bir transformasiya prosesindəyik”, - deyə Türkiyə Prezidenti qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam