Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Anar Quliyev: Qarabağdakı bərpa işləri bir çox beynəlxalq qurum üçün böyük maraq doğurur

Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa işləri və Böyük Qayıdış bir çox beynəlxalq qurum və tərəfdaş üçün böyük maraq doğurur.

Yenixeberorg.com xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən rəsmi açılış mətbuat konfransındakı çıxışında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 milli koordinatoru Anar Quliyev deyib.O qeyd edib ki, qısa müddət ərzində Azərbaycan bir çox çətin prosesdən keçdi və bunu uğurla etdi:

“Mina problemlərindən başlayaraq, eyni vaxtda geniş ərazilərdə mürəkkəb planlaşdırma işləri aparıldı, paralel şəkildə 12 şəhər, yüzlərlə kənd üzrə işlər həyata keçirildi. Bu, həqiqətən çox böyük həcmdə işdir. Biz yalnız planlaşdırma aparmırıq, eyni zamanda bütün tendensiyaları və tövsiyələri nəzərə almağa çalışırıq. Biz sadəcə evlər tikib insanları həmin binalara qaytarmırıq. Biz həmin ərazilərdə yeni həyat keyfiyyəti formalaşdırırıq. Bundan əlavə, Azərbaycanda çox unikal idarəetmə modeli, institusional yanaşma və institusional islahatlar tətbiq olunub. Bunlar cənab Prezident tərəfindən həyata keçirilib. Nəticədə bu gün artıq təxminən 90 min insan Qarabağ və Şərqi Zəngəzurda yaşayır, işləyir universitetlərdə təhsil alır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam