Redaktor seçimi
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Günün xəbəri

CAR naziri Bakıda danışdı: Sakinlər təhlükəsiz ərazilərə köçürülür

Qeyri-rəsmi yaşayış məntəqələrinin əsas problemi onların əksərinin şəhərlərin kənarında, lakin sənaye və inkişaf zonalarına yaxın ərazilərdə formalaşmasıdır.

Yenixeberorg.com xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı” adlı panel sessiyada Cənubi Afrika Respublikasının İnsan Məskunlaşmaları naziri Thembi Simelane bildirib.

Nazir qeyd edib ki, hökumətlər əvvəlcə bu yaşayış məntəqələrinin yerlərini və vəziyyətini müəyyənləşdirməyə çalışıb:

“Sonradan gördük ki, həmin ərazilərin çoxu bataqlıq, dolomit torpaqları və ya infrastruktur xətlərinin üzərində yerləşir. İnsanlar sənaye müəssisələrinə və fabriklərə yaxın olmaq üçün bu ərazilərdə məskunlaşırlar. Bəzi yaşayış məntəqələri hətta boru xətlərinin və kanalizasiya sistemlərinin üzərində qurulub. Bu isə yerində yenidənqurma və ya təkmilləşdirməni çətinləşdirir”.

Nümayəndə bildirib ki, bu vəziyyət hökumətləri sakinlərin daha təhlükəsiz ərazilərə köçürülməsi və planlı yaşayış məntəqələrinin yaradılması istiqamətində addımlar atmağa məcbur edir.

Onun sözlərinə görə, əsas problemlərdən biri şəhərlərin ətrafındakı torpaqların böyük hissəsinin özəl və ya artıq istifadə olunan ərazilər olmasıdır:

“Bu səbəbdən yeni yaşayış zonalarının inkişafı və insanların şəhərə yaxın ərazilərdə yerləşdirilməsi çətinləşir. Biznes tərəfdaşlıqları burada mühüm rol oynaya bilər. Məqsəd insanları iş yerlərinə yaxın yerləşdirmək və gündəlik nəqliyyat xərclərini azaltmaqdır”, - deyə nazir qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam