Redaktor seçimi
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Günün xəbəri

Azərbaycan MN rəhbərliyi “EFES - 2026” təlimində iştirak etmək üçün Türkiyəyə gedib-FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə və nazirliyin digər vəzifəli şəxsləri “EFES - 2026” çoxmillətli birgə müştərək təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etmək üçün Türkiyəyə işgüzar səfər edib.

Yenixebeorg.com: Səfər çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov qardaş ölkənin milli müdafiə naziri Yaşar Gülerlə, Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev isə həmkarı ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüblər.

Görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıqların mövcud vəziyyəti və perspektivləri müzakirə edilib. Hər iki ölkədə həyata keçirilən birgə layihələrin və təlimlərin əhəmiyyəti vurğulanıb.

Qeyd edilib ki, səfər çərçivəsində Müdafiə Nazirliyinin rəhbər heyətinin Azərbaycan Ordusunun və ümumillikdə 50 ölkədən 10300 hərbi qulluqçunun iştirakı ilə keçirilən “EFES - 2026” çoxmillətli birgə müştərək təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"nün gecə və gündüz mərhələlərində iştirakı planlaşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam