Redaktor seçimi
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Günün xəbəri

Asim Munir Tehranda Pezeşkianla görüşdü-FOTO

Pakistan ordusunun komandanı, feldmarşal Asim Munir Tehrana rəsmi səfəri çərçivəsində İran Prezidenti Məsud Pezeşkian, parlament sədri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüşlər keçirib.

Yenixeberorg.com xəbər verir ki, baş tutan danışıqlarda əsas məqsəd İranla ABŞ arasında kompromisin tapılması istiqamətində Pakistanın vasitəçilik missiyasını irəliyə aparmaq olub.

Feldmarşal Asim Munir əvvəlcə Prezident Məsud Pezeşkian, daha sonra isə İranın ABŞ ilə danışıqlar üzrə rəhbəri olan parlament sədri Məhəmməd Baqer Qalibafla masaya əyləşərək sülh prosesinin detallarını müzakirə edib.

Qeyd olunub ki, ordu komandanının İranın xarici işlər naziri Abbas Əraqçi ilə keçirdiyi görüşdə isə regionda gərginliyin artmasının qarşısını almaq, İrana qarşı müharibə təhlükəsinə son qoymaq, eləcə də Qərbi Asiyada sülh, sabitlik və təhlükəsizliyin yenidən bərqərar edilməsi yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam