Redaktor seçimi
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Günün xəbəri

Rusiya ordusu gecə Ukraynaya iki "İsgəndər"lə zərbə endirib -Ölənlər var

Rusiya Silahlı Qüvvələri mayın 26-na keçən gecə Ukraynaya iki "İsgəndər-M" ballistik raketi, 122 zərbə və imitasiya pilotsuz uçuş aparatı ilə hücum edib.

Yenixeberorg.com-un xəbərə görə, Ukrayna Silahlı Qüvvələri 111 dron vurub, hazırda hücum davam edir.

Məlumata görə, iki "İsgəndər-M" ballistik raketi Rusiyanın Rostov vilayətindən və işğal altında olan Krımdan buraxılıb.

"Saat 08:30-a olan məlumata görə, hava hücumundan müdafiə sistemləri ölkənin şimalında, cənubunda və şərqində "Şahed", "Herbera", "İtalmas" və digər tipli 111 PUA-nı vurub və ya zərərsizləşdirib", - hərbçilər bildiriblər.

Öz növbəsində, Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbovun verdiyi məlumata görə, Xarkova və vilayətin 14 yaşayış məntəqəsinə endirilən zərbələr nəticəsində 3 nəfər həlak olub, 33 nəfər isə xəsarət alıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam