Redaktor seçimi
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Günün xəbəri

BMT-yə vaxtında ödəniş edənlər: Britaniya, Azərbaycan, Almaniya... -ADLAR

Azərbaycan BMT qarşısındakı müntəzəm büdcə öhdəliklərini vaxtında yerinə yetirən ölkələr sırasına daxil olub.

Yenixeberorg.com xəbər verir ki, 2026-cı il mayın 28-nə olan məlumata görə, ümumilikdə 111 üzv ölkə BMT-nin müntəzəm büdcəsinə nəzərdə tutulan ödənişləri tam həyata keçirib.

BMT-nin açıqladığı siyahıya əsasən, Azərbaycan ödənişi müəyyən olunmuş müddətdə edən 55 ölkə arasında yer alıb.

Məlumata görə, Azərbaycanın BMT-nin müntəzəm büdcəsinə ödədiyi məbləğ 1 milyon 81 min 698 ABŞ dolları təşkil edib. Son ödəniş 2026-cı il yanvarın 22-də həyata keçirilib.

Vaxtında ödəniş edən ölkələr sırasında Almaniya, Böyük Britaniya, Kanada, Avstraliya, Polşa, Qazaxıstan və digər dövlətlər də yer alıb.

Siyahıda ən yüksək ödənişlərdən biri Almaniyaya məxsus olub - 182,2 milyon dollar. Böyük Britaniya 127,9 milyon, Kanada isə 81,4 milyon dollar ödəyib.

Qeyd edək ki, BMT-nin müntəzəm büdcəsi təşkilatın əsas fəaliyyət istiqamətlərinin, proqramlarının və inzibati xərclərinin maliyyələşdirilməsi üçün istifadə olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam