Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev Qurban Səidoviç Qurbanov "Dostluq" ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.
Yenixeberorg.com-un məlumatına görə, dövlət başçısının imzaladığı sənəddə deyilir:
"Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Qurban Səidoviç Qurbanov "Dostluq" ordeni ilə təltif edilsin".









AZ
RU