Redaktor seçimi
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Günün xəbəri

Şamil Ayrım: Gələcəyin enerji vizyonu Azərbaycanda formalaşır-FOTO

Energetikanın ürəyi can Azərbaycanda döyünür. Gələcəyin enerji vizyonu və elektroenergetikanın transformasiyasının istiqaməti burada formalaşır.

Yenixeberorg.com xəbər verir ki, bunları Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım "X"dəki səhifəsində yazıb.

"Bakı Enerji Forumu ilə əlaqədar energetika və təbii sərvətlər nazirimiz Alparslan Bayraktarla birlikdə Bakıdayıq.

Forumun açılışı Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən gerçəkləşdirildi. Açılışdan sonra cənab İlham Əliyevlə birlikdə sərgi sahəsindəki stendləri ziyarət etdik və onu TPAO stendimizdə qəbul etmək imkanı qazandıq.

Ənənəvi Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunun uğurlu təşkilində əməyi olan Azərbaycanın energetika naziri cənab Pərviz Şahbazova və əməyi keçən bütün həmkarlarına səmimi təşəkkürümü bildirirəm.

Türkiyə və Azərbaycan enerji sektorundakı güclü əməkdaşlığını daha da inkişaf etdirməklə regional enerji təhlükəsizliyi və davamlı inkişaf hədəflərinə birgə töhfə verməyə davam edəcəklər", - Ş.Ayrım vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam