Redaktor seçimi
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Günün xəbəri

Səyyar ASAN xidmətin iyunda fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Səyyar ASAN xidmət avtobuslarının iyun ayında fəaliyyət göstərəcəyi ünvanlar müəyyənləşib.

Yenixeberorg.com xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, səyyar xidmətlər iyunun 2-25-də Daşkəsən, Şabran, Hacıqabul, Astara, Tərtər, Ağsu, Yevlax və Xırdalan şəhərlərində göstəriləcək.

İyunun 16-25-də isə Bakı şəhərinin Mərdəkan qəsəbəsində səyyar xidmətlər olacaq.

Qeyd edək ki, Səyyar ASAN xidmət avtobusları həftənin iş günləri saat 10:00-dan 17:00-dək xidmət göstərir.

Ağsu şəhərində fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobusunda isə iş qrafiki saat 11:00-dan 17:00-dək nəzərdə tutulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam