Sabunçuda açıq ərazidə yanğın baş verib

Bakının Sabunçu rayonunda açıq ərazidə yanğın baş verib.
Yenixeberorg.com: Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb
Bildirilib ki, hadisə ilə bağlı nazirliyin "112" qaynar telefon xəttinə Sabunçu qəsəbəsində açıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Məlumat əsasında dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.










AZ
RU