Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İranda 20 min nəfər susuz qalıb

İranın Hörmözqan əyalətinin 20 minə yaxın sakini ABŞ-nin su infrastrukturu obyektlərinə endirdiyi zərbələrdən sonra susuz qalıb.

Yenixeberorg.com xəbər verir ki, bu barədə əyalətin su təchizatı və kanalizasiya şirkətinin baş direktoru Əbdülhəmid Həmzəpur bildirib.

Onun sözlərinə görə, bir neçə saat əvvəl ABŞ-nin endirdiyi raket zərbəsi nəticəsində Bemani rayonunda iki strateji əhəmiyyətli su anbarı tamamilə məhv edilib.

Söhbət Bemani rayonunu və Kohestak şəhərini içməli su ilə təmin edən 500 və 2000 kubmetrlik rezervuarlardan gedir.

Həmzəpur qeyd edib ki, hazırda yaşayış məntəqələrinə suyun verilişi dayandırılıb, alternativ su təchizatı variantları nəzərdən keçirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam