Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır

İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın ölkəyə son hücumlarını pisləyərək, bunun iki aylıq atəşkəsi praktiki olaraq mənasız etdiyini bildirib.

Yenixeberorg.com-un xəbərinə görə, İran XİN-in bəyanatında deyilir ki, ABŞ-ın hücumları faktiki olaraq 8 aprel atəşkəsini qüvvədən salıb və bunun doğura biləcəyi təhlükəli nəticələrə görə məsuliyyət ABŞ-ın üzərindədir.

Bəyanatda bildirilib ki, ABŞ-ın hücumları BMT Nizamnaməsinin və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.

Bəyanatda həmçinin vurğulanıb ki, region ölkələri ABŞ-ın İran əleyhinə hücumlar üçün öz ərazilərindən istifadə etməsinə imkan verməməlidir.

“İran hücumun mənbəyini zərərsizləşdirmək və özünümüdafiə hüququnu özündə saxlayır”, - bəyanatda deyilir.

İran XİN BMT üzvlərini, xüsusilə Təhlükəsizlik Şurası və Baş katibi ABŞ-la İsrailin addımları qarşısında açıq mövqe bildirməyə, susqunluq və qeyri-müəyyənlikdən çəkinməyə çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam