Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Şimali Kipr Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verir" -RƏSMİ AÇIQLAMA

Şimali Kipr Baş nazirinin müavini: Qardaş Azərbaycanla əlaqələrin dərinləşəcəyinə səmimi-qəlbdən ümid edirəm

Azərbaycan və Şimali Kipr arasındakı dostluq əlaqələri daha da möhkəmlənir.

Yenixeberorg.com: Bunu Şimali Kipr Türk Cümhuriyyəti Baş nazirinin müavini, turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu Bakıda keçirilən Şimali Kipr Mədəniyyət Günü münasibətilə təşkil olunmuş mətbuat konfransında deyib.

Fikri Ataoğlu bildirib ki, parlamentlərarası əməkdaşlıq, qarşılıqlı səfərlər və birgə layihələr münasibətlərin daha da dərinləşməsinə töhfə verir.

“Azərbaycan və Şimali Kipr arasında dostluq və qardaşlıq əlaqələri gündən-günə güclənir. Xalqlarımız arasındakı yaxın münasibətlər əməkdaşlığımızın əsasını təşkil edir”, - Baş nazirin müavini vurğulayıb.

O qeyd edib ki, Şimali Kipr rəhbərliyi əlaqələrin inkişafına xüsusi önəm verir və bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

“Türkiyə ilə birlikdə dost və qardaş ölkələrlə münasibətlərimizin genişlənməsi üçün səylərimizi davam etdiririk. Azərbaycanla əməkdaşlığımızın gələcəkdə daha da inkişaf edəcəyinə inanırıq”, - Baş nazirin müavini əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam