Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Paşinyan məhkəməyə verildi -SƏBƏB

Paşinyanın “casus” ittihamı məhkəmə predmeti oldu

Nikol Paşinyan məhkəməyə verilib.

Yenixeberorg.com: Ermənistan KİV-ləri xəbər verir ki, İrəvanın Mülki İşlər Məhkəməsi "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyanın Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı qaldırdığı iddiaya baxılması barədə qərar qəbul edib. Qərarı hakim Naira Avetisyan verib.

Tsarukyan Paşinyandan mayın 28-də brifinq zamanı səsləndirdiyi bəyanatları ictimaiyyət qarşısında təkzib etməyi, üzr istəməyi və 9 milyon dram təzminat ödəməyi tələb edir.

İddiada Baş nazirin Tsarukyanı "cinayətkar", "casus" və "agent" adlandırdığı, onu "Ermənistan xalqını qarət etməkdə" və "cinayətkar sövdələşmədə" ittiham etdiyi ifadələrə etiraz edilir. Həmçinin, Paşinyanın Andranik Tevanyanın guya xarici xüsusi xidmət orqanının göstərişi ilə partiya siyahısına daxil edildiyi barədə bəyanatı da mübahisə predmeti olub.

İddiaçı böhtan və təhqirə görə təzminatla yanaşı, məhkəmə xərclərinin ödənilməsini də tələb edir. İddiaya əsasən, təkzib və üzrxahlıq bir sıra Ermənistan mediası və internet platformaları vasitəsilə yayılmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam