Cənubi Qafqazı müzakirə etdilər
Rusiya xarici işlər naziri Sergey Lavrov və onun türkiyəli həmkarı Hakan Fidan Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
Yenixeberorg.com: Lavrov türkiyəli həmkarı ilə görüşün yekunu üzrə keçirdiyi birgə mətbuat konfransında danışıqlarda regiondakı vəziyyətin müzakirə olunduğunu bildirib.
Rusiya XİN rəhbəri bildirib ki, Moskva və Ankara "3+3" regional əməkdaşlıq platforması çərçivəsində fəaliyyəti dəstəkləməkdə maraqlıdır.
Lavrov "3+3"-ün qapılarının Gürcüstana açıq olduğunu vurğulayıb.









AZ
RU
