Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

FHN-in Bakı Regional Mərkəzi təlim keçirib -VİDEO

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi “Qəza-xilasetmə əməliyyatlarının aparılması” mövzusunda təlim keçirib.

Yenixeberorg.com xəbər verir ki, təlimin keçirilməsində məqsəd şəxsi heyətin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə çevik reaksiya vərdişlərinin təkmilləşdirilməsi, baş verə biləcək fövqəladə hallar zamanı struktur bölmələrin qarşısına qoyulan tapşırıqların operativ həll edilməsi və bu istiqamətdə şəxsi heyətin praktiki vərdişlərinin artırılması olub.

Təlim zamanı Bakı Regional Mərkəzinin xilasedicilərinin şərti olaraq axtarış-xilasetmə tədbirlərində iştirak etmək üçün hazırlıq vəziyyətinə gətirilməsi, şərti hadisə yerindəki vəziyyətin operativ qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, “zərərçəkmişlərin” xilas edilməsi, ilkin təxirəsalınmaz tibbi yardımın göstərilməsi üzrə tədbirlər həyata keçirilib.

Təlim zamanı təhlükəsizlik qaydalarına riayət olunması, həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanması da diqqət mərkəzində olub.

Uğurla icra olunan təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam