"Ukraynanın AB-yə üzvlüyü uzun çəkəcək"
Almaniya kansleri Fridrix Merz Ukrayna və Moldova ilə Avropa Birliyinə (AB) üzvlüklə bağlı danışıqların başlanmasını alqışlayıb.
Yenixeberorg.com: O, bu barədə Brüsseldə keçiriləcək AB sammitinə gələrkən jurnalistlərə açıqlamasında bildirib.
Merz qeyd edib ki, Avropa Komissiyasının Ukrayna və Moldova ilə danışıqların ilk mərhələsini açması AB-nin genişlənməsi istiqamətində mühüm addımdır.
"Bu həftə müvafiq qərarların qəbul edilməsinə və Avropa Komissiyasının Ukrayna və Moldova ilə danışıqlar üçün ilk qrup adlandırılan mərhələni açmasına görə çox şadam. Bunlar AB-nin genişlənməsi istiqamətində aydın addımlardır. Hamımız başa düşürük ki, bu proses uzun çəkəcək, amma ilk addım atılmalıdır", – Merz vurğulayıb.









AZ
RU
