Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Tayani Trampın Meloni haqqında bəyanatlarından sonra ABŞ-yə səfərini ləğv edib

İtaliyanın XİN rəhbəri Antonio Tayani ABŞ lideri Donald Trampın İtaliyanın hökumət başçısı Corcia Meloni haqqındakı bəyanatları fonunda iyunun 21–22-nə planlaşdırılan ABŞ-yə səfərinin ləğv edildiyini bildirib.

Yenixeberorg.com xəbər verir ki, bu barədə o "X" sosial şəbəkəsində yazıb.

"Prezident Trampın Baş nazir Corcia Meloninin ünvanına səsləndirdiyi ciddi və təhqiramiz ifadələr bütün İtaliyanı təhqir edir. Bu səbəbdən mən iyunun 21-22-nə planlaşdırılmış ABŞ-yə səfərimi ləğv etmək qərarına gəldim", - İtaliyanın XİN rəhbəri qeyd edib.

Qeyd edək ki, Tramp "La7" telekanalına verdiyi qısa müsahibəsində İtaliyanın Baş naziri Meloninin Fransada keçirilən G7 sammitində onunla şəkil çəkdirmək üçün ona "yalvardığını" bildirib.

"Yəqin ki, o, mən onunla danışdığıma görə sevinir. Gərək onunla danışmazdım", - "La7" Trampın sözlərini sitat gətirib.

"O, onunla şəkil çəkdirməyim üçün mənə yalvarırdı. O, mənimlə şəkil çəkdirməyi o qədər çox istəyirdi ki. Mən razılaşmazdım, ancaq ona yazığım gəldi", - Tramp deyib.

Öz növbəsində, Meloni Trampı yalan danışmaqda günahlandırıb və bu cür davranışdan məyus olduğunu vurğulayıb. "Donald Trampın bəyanatları tamamilə uydurmadır. Düzünü desəm, şokdayam. Başa düşmürəm ki, Amerika Birləşmiş Ştatlarının prezidenti öz müttəfiqlərinə qarşı niyə belə davranır: üstəlik, bu, ilk dəfə deyil. Onun yadda saxlamalı olduğu bir şey var: nə mən, nə də İtaliya heç vaxt yalvarmır", - o bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam