Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İki qatar toqquşub:1 nəfər ölüb, 89 nəfər yaralanıb

Böyük Britaniyada iki qatar toqquşub: 1 nəfər ölüb, 89 nəfər yaralanıb
Böyük Britaniyada Londondan təxminən 100 kilometr şimalda iki sərnişin qatarının toqquşması nəticəsində maşinist həlak olub, 89 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yenixeberorg.com: Bu barədə Böyük Britaniyanın Nəqliyyat Polisi məlumat yayıb.

Hadisə dünən yerli vaxtla saat 17:15 radələrində Bedford şəhərinin cənubundakı dəmir yolu xəttində baş verib. Toqquşan hər iki qatar East Midlands Railway şirkətinə məxsus olub və Londonun Sent-Pankras vağzalından yola düşüb.

Sosial şəbəkələrdə sərnişinlərdən biri tərəfindən yayımlanan görüntülərdən məlum olur ki, bir qatarın ön hissəsi digər qatarın arxa hissəsinə çırpılıb. Hadisə yerindən yayılan fotolarda isə ən azı bir vaqonun relsdən çıxdığı görünür.

Böyük Britaniyanın Baş naziri Kir Starmer hadisə ilə bağlı yaydığı bəyanatda həlak olan şəxsin ailəsinə və ağır yaralananlara başsağlığı verib.

Şərqi İngiltərə Təcili Tibbi Yardım Xidməti hadisə yerinə geniş qüvvələrin cəlb olunduğunu açıqlayıb. Əraziyə 20-dən çox təcili yardım avtomobili və altı tibbi helikopter göndərilib.

Məlumata görə, bir nəfər hadisə yerində ölüb, 11 nəfər çox ağır, 22 nəfər ağır, 56 nəfər isə yüngül xəsarət alıb.

Dəmir yolu işçilərinin RMT həmkarlar ittifaqının baş katibi Eddi Dempsi bildirib ki, təşkilat qatar maşinistinin və ittifaqın keçmiş nümayəndəsinin faciəvi ölümü xəbərindən sarsılıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam