Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək

Laçın rayonunun Sus kəndi ərazisində iyunun 23-ü saat 10:00-da minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək.
Yenixeberorg.com: Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yarmarka Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə baş tutacaq.
Tədbir ANAMA-nın mobil bazasının inzibati binasında baş tutacaq. Yarmarkada xüsusilə minaaxtaran peşəsi üzrə vakansiyalar təqdim olunacaq.










AZ
RU