Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib-FOTO

Milli Paralimpiya Komitəsində (MPK) Tunis Qran-prisində uğur qazanan nüvəitələmə üzrə paraatletlərlə görüş təşkil olunub.

Yenixeberorg.com xəbər verir ki, tədbirdə turnirin gümüş və bürünc medalçıları - Oloxan Musayev, Samir Nəbiyev, Rüfət Rəfiyev və Elvin Astanov, həmçinin yığmanın baş məşqçisi Oleq Panyutin iştirak ediblər.

Görüş zamanı Tunis Qran-prisində nümayiş etdirilən çıxışlar barədə danışılıb, idmançıların yarışla bağlı təəssüratları dinlənilib.

Eyni zamanda, qarşıdan gələn beynəlxalq yarışlar, hazırlıq planları və komandanın gələcək hədəfləri ətrafında müzakirələr aparılıb.

MPK-nın baş katibi Toğrul Rəhimov paraatletləri uğurlu nəticələr münasibətilə təbrik edib, onların gələcəkdə də Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edəcəklərinə əminliyini ifadə edib.

Görüşdə qurumun prezidentinin müşaviri Şahin Kazımzadə, İdman şöbəsinin müdiri Cavad Axundzadə və komitənin digər nümayəndələri də iştirak ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam