Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Azərbaycan ilə AQEM arasında əməkdaşlıq perspektivləri müzakirə olunub-FOTO

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Gənclər Şurasının 9-cu iclası çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov AQEM-in baş katibi Kayrat Sarıbayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Yenixeberorg.com: Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycanın AQEM-in Gənclər Şurasına sədrliyi çərçivəsində ötən dövr ərzində həyata keçirilən fəaliyyətlər, Azərbaycan ilə AQEM arasında gənclər sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

AQEM-in yaradılmasının 20 illiyinə həsr olunmuş xüsusi nəşr gənclər və idman naziri Fərid Qayıbova təqdim edilib. Qeyd olunub ki, nəşrdə nazirin AQEM çərçivəsində gənclər əməkdaşlığının inkişafına dair baxışlarını əks etdirən məqaləsi də yer alıb.

Görüşdə, həmçinin AQEM çərçivəsində gələcək əməkdaşlıq istiqamətləri, birgə təşəbbüslərin həyata keçirilməsi və Gənclər Şurası platforması çərçivəsində fəaliyyətin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam