Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var

Hazırda Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var.

Yenixeberorg.com xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı çərçivəsində keçirilən biznes forumda deyib.

Onun sözlərinə görə, kapitala əsaslanan maliyyə alətləri də eyni dərəcədə vacibdir: "Bunlara vençur kapitalı, birbaşa investisiya fondları (private equity) və mələk investisiyalar (angel investment) daxildir. Bu alətlər regionumuzda hələ də kifayət qədər inkişaf etməyib. Lakin onlar ixrac potensialına malik innovativ və yüksək artım nümayiş etdirən şirkətlərin dəstəklənməsində mühüm rol oynaya bilər. Təbii ki, təkcə maliyyələşmə kifayət deyil. Güclü tərəfdaşlıqlar da eyni dərəcədə vacibdir. Hökumət, dövlət bankları, dövlət qurumları, biznesə dəstək təşkilatları, Ticarət və Sənaye Palatası, digər biznes assosiasiyaları və özəl sektor birlikdə çalışaraq kiçik və orta biznesə yalnız maliyyə deyil, həm də texniki dəstək və mentorluq təqdim etməlidir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam