Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Paşinyan Ermənistanın Türkiyə üzrə nümayəndəsini dəyişir...

Paşinyan Ermənistanın Türkiyə üzrə nümayəndəsini dəyişir: kim olacaq?

Ermənistan parlamentinin hazırkı vitse-spikeri Ruben Rubinyan qanunverici orqanın sədri seçiləcəyi təqdirdə Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması prosesində Ermənistanın xüsusi nümayəndəsi vəzifəsində qalmayacaq.

Yenixeberorg.com: Rubinyan bunu jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.

“Mən parlamentin sədri vəzifəsinə namizəd irəli sürülmüşəm, əgər bu vəzifəyə seçilsəm, təbii ki, Türkiyə ilə danışıqlarda Ermənistanın xüsusi nümayəndəsi olaraq qalmayacağam”, – deyə Rubinyan bildirib.

Onu həmin vəzifədə kimin əvəz edə biləcəyi ilə bağlı suala cavabında Rubinyan hazırda bu barədə məlumatının olmadığını deyib.

“Mənə məlum olduğu qədər, hələ bunun kim olacağı müəyyənləşməyib. Təbii ki, qərarı Baş nazir və hökumət verəcək”, – deyə vitse-spiker qeyd edib.

"Vətəndaş müqaviləsi" Partiyası İdarə Heyəti qapalı gizli səsvermə yolu ilə Ruben Rubinyanı Ermənistan parlamentinin yeni sədri vəzifəsinə namizəd irəli sürüb. O, hazırda vitse-spiker vəzifəsini tutur və eyni zamanda Ermənistan ilə Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesində Ermənistanın nümayəndəsidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam