Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

SEPAH ABŞ-ın hərbi bazalarını vurub...

SEPAH ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdiyini açıqlayıb
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Yaxın Şərqdə yerləşən hərbi obyektlərinə genişmiqyaslı raket zərbələri endirdiyini bəyan edib.

Yenixeberorg.com: "Tasnim" agentliyinin yaydığı SEPAH bəyanatında bildirilir ki, əməliyyat ABŞ-ın gecə saatlarında İranın Hörmüzqan vilayətindəki sahilyanı hərbi bazalara və Məhşəhr şəhərindəki mülki obyektlərə endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib.

SEPAH-ın iddiasına görə, əməliyyat zamanı ABŞ-ın regiondakı əsas hərbi bazalarında yerləşən 85 obyekt hədəfə alınıb. Zərbələrin Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının məsuliyyət zonasında yerləşən Salman limanına, eləcə də Küveytdəki Əli əl-Səlim aviabazasına endirildiyi bildirilib.

Bəyanatda həmçinin qeyd olunub ki, əməliyyat zamanı İranın zərbə vasitələrini ələ keçirməyə çalışan ABŞ-a məxsus MQ-9 Reaper kəşfiyyat-zərbə pilotsuz uçuş aparatı vurulub.

SEPAH ABŞ-ın son hücumlarını İranın keçmiş ali dini lideri Əli Xameneinin xatirəsinə keçirilən matəm mərasimlərini pozmağa cəhd kimi qiymətləndirib və bildirib ki, bu əməliyyat ABŞ-ın "təcavüzünə ilkin cavabdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam