Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

DYP kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib.

Yenixeberorg.com: Müraciətdə deyilir:

"Mövsümlə əlaqədar avtomobil yollarında kənd təsərrüfatı texnikalarının sayı artmaqdadır. Lakin, bir sıra hallarda bu tip nəqliyyat vasitələri ilə yük və sərnişin daşıma qaydalarının pozulması, onların texniki tələblərə cavab verməməsi ağırlıq dərəcəsi yüksək olan yol qəzalarına şərait yaradır.

Xatırladırıq ki, texniki-təhlükəsizlik baxımından istifadəyə yararsız, xarici işıq cihazları nasaz, tələblər pozulmaqla əlavə avadanlıq quraşdırılmış, yaxud dövlət qeydiyyat nişanları yerində olmayan kənd təsərrüfatı texnikası ilə daşımaların həyata keçiriməsi sürücü ilə yanaşı digər hərəkət iştirakçıları üçün də ciddi təhlükədir.

Əkin sahələrində çalışan insanların qanunvericiliyə uyğun təchiz edilməmiş yük avtomobillərində, traktor və ya qoşqularda daşınması, ot kütləsinin, müxtəlif növ məhsulların qablaşdırılmadan, çəki və ölçü parametrləri aşılmaqla nəql edilməsi də ağırlıq dərəcəsi yüksək olan qəzaların baş verməsinə zəmin yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi əkin-biçin işlərinin sürətləndiyini nəzərə alaraq, bir daha kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri işə cəlb etdikləri əməkçilərin yol hərəkəti ilə bağlı təhlükəsizliklərinin təmin olunmasına, məhsulların daşınmasının və qablaşdırılmasının qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə xüsusi diqqət yetirməyə çağırır, bu sahədə nəzarət tədbirlərinin gücləndirildiyini onların diqqətinə çatdırır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam