Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

MGİMO ilə ASA arasında ikili diplom proqramının məzunlarına diplomlar təqdim olunub- FOTOLAR

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MGİMO) Azərbaycan İdman Akademiyası (ASA) ilə magistratura səviyyəsində "İdman menecmenti" ixtisaslaşması üzrə birgə həyata keçirilən ikili diplom proqramının məzunlarına həsr olunmuş təntənəli məzuniyyət mərasimi keçirilib.
Yenixeberorg.com: Mərasimdə proqramı uğurla başa vuran 15 məzuna diplomlar MGİMO Universitetinin rektoru, akademik Anatoli Vasilyeviç Torkunov və ASA-nın rektoru Fuad Hacıyev tərəfindən təqdim olunub.
Rektorlar çıxışlarında məzunları əlamətdar gün münasibətilə təbrik edərək bildiriblər ki, ikili diplom proqramları beynəlxalq akademik əməkdaşlığın inkişafına, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına və gənclərin qlobal əmək bazarında rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verir. Rektorlar məzunlara gələcək peşə fəaliyyətlərində uğurlar arzulayıblar.
Qeyd edək ki, MGİMO ilə ASA arasında həyata keçirilən ikili diplom proqramı tələbələrə hər iki ali təhsil müəssisəsində təhsil almaq, beynəlxalq akademik təcrübə qazanmaq və proqramı uğurla başa vurduqdan sonra hər iki universitetin diplomunu əldə etmək imkanı yaradır.
Sonda xatirə fotosu çəkdirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam