Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Azərbaycan UEFA reytinqində bu həftə 0,750 əmsal qazanıb

Azərbaycan bu həftə UEFA reytinqində 0,750 əmsal qazanıb.

Yenixeberorg.com xəbər verir ki, son olaraq "Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsinin Bakıda baş tutan ilk oyununda İslandiya təmsilçisi "Vestri"ni 3 cavabsız qolla üstələyib.

"Köhlən atlar"in qələbəsi sayəsində reytinqə 0.250 əmsal əlavə olunub.

Daha əvvəl "Sabah" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS komandasını (2:0), "Zirə" isə UEFA Konfrans Liqasının eyni raundunda Gürcüstanın "Torpedo" klubunu (3:0) məğlub edib.

Hər iki komanda "Qarabağ" kimi ölkəyə 0,250 əmsal qazandırıb.

Azərbaycan (19,312) hazırda reytinqdə 26-cı pillədə qərarlaşıb. Slovakiya (18,250) 27-ci, İsrail (20,750) 25-ci yerdədir.

Xatırladaq ki, UEFA reytinqinə İngiltərə (101,852) başçılıq edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam