Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Slovakiya Prezidenti Azərbaycana gəlir -FOTO

Slovakiya Prezidenti Peter Pelleqrini

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana səfərə yola düşüb.

Yenixeberorg.com: Bu barədə Slovakiya Prezidenti “X” hesabında bildirib.

Slovakiya Prezidenti qeyd edib ki, ölkəsi ilə Azərbaycan arasında möhkəm münasibətlər formalaşıb: “Bu səfər həmin etimadı enerji, ticarət və investisiya sahələrində daha sıx əməkdaşlığa çevirmək üçün bir fürsətdir. Tərəfdaşlığımızı inkişaf etdirmək və Slovakiya üçün yeni imkanlar yaratmaq məqsədilə Prezident İlham Əliyev və digər Azərbaycan rəsmiləri ilə görüşməyi səbirsizliklə gözləyirəm”.

Slovakiya Prezident Sarayının yaydığı məlumata əsasən, Peter Pelleqrininin Ağdama səfər edəcəyi, Baş Qərvənd kəndindəki “Ağıllı kənd” layihəsi ilə tanış olacağı və general Milan Rastislav Stefanikin adını daşıyacaq yeni məktəbin təməlqoyma mərasimində iştirak edəcəyi bildirilir.

Həmçinin, Slovakiya Prezidentinin Bakıya səfər proqramı çərçivəsində slovakiyalı sahibkarların iştirakı ilə Slovakiya-Azərbaycan Biznes Forumu keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam