Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İlham Əliyev Slovakiya prezidentini qeyri-adi qonaqpərvərlik jesti ilə təəccübləndirib-FOTO

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə birgə səfər zamanı avtomobilin sükanı arxasına keçərək, qeyri-adi qonaqpərvərlik jesti ilə qonağı təəccübləndirib.

Yenixeberorg.com xəbər verir ki, bu barədə Slovakiya lideri "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Pelleqrini qeyd edib ki, rəsmi proqramın bu formatda davamı olduqca qeyri-adi idi, çünki ev sahibi olan dövlət başçıları, bir qayda olaraq, səfərlər zamanı avtomobili özləri idarə etmirlər.

"Prezident Əliyev və mən proqramımızın növbəti hissəsini olduqca qeyri-adi şəkildə davam etdirdik. Şübhəsiz ki, rəsmi səfər zamanı ev sahibi olan dövlət başçısının şəxsən özünün sükan arxasına keçməsi nadir hallarda baş verir", - Slovakiya Prezidenti yazıb.

O vurğulayıb ki, Azərbaycan liderinin bu qeyri-adi və xoş jestindən qəlbdən təsirlənib.

Pelleqrininin sözlərinə görə, İlham Əliyevin bu addımı iki ölkə arasındakı yaxşı münasibətlərin, onların xalqlarının dostluğunun, eləcə də ikitərəfli tərəfdaşlığın əsasında dayanan qarşılıqlı etimad və hörmətin bariz göstəricisi oldu.

"Mən bu yaddaqalan qonaqpərvərlik nümunəsinə görə Prezident Əliyevə səmimi qəlbdən təşəkkür edirəm", - Slovakiya lideri əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam