Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycan bu ilin 6 ayında 13 milyon tondan çox neft hasil edib

2026-cı ilin yanvar-iyun ayları üzrə operativ məlumatlara əsasən, respublikada 13,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Yenixeberorg.com: Bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hasilatın 7,9 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin, 1,7 milyon tonu "Şahdəniz"in, 0,3 milyon tonu "Abşeron" yatağının payına düşüb. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 3,4 milyon ton təşkil edib.

Bu dövrdə 10,5 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bunun 9,5 milyon tonu konsorsiumun, 0,7 milyon tonu SOCAR-ın, 0,3 milyon tonu isə JOCAP-ın payına düşüb.

Qeyd edək ki, bu ilin 6 ayı ərzində xam neft hasilatı orta hesabla gündəlik 61 min ton (449 min barrel), kondensat hasilatı 12 min ton (103 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 73 min ton (552 min barrel) olub.

Hesabat dövründə neftin emalı 2,9 milyon ton təşkil edib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam