Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İrəvanda Fransa səfirliyinin Paşinyanın müavininin də iştirak etdiyi tədbirində əksər qonaqlar zəhərlənib

İyulun 14-də İrəvanda Fransanın milli bayramına həsr olunmuş tədbirdən sonra qonaqların əksəriyyəti bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Yenixebeorg.com-un xəbərinə görə, açıq havada istidə təşkil edilən qəbuldan bir neçə saat sonra bir çox qonaq bağırsaq infeksiyası əlamətləri ilə xəstəxanaya müraciət edib.

Məlumata görə, Fransanın Ermənistandakı səfirliyi qonaqların zəhərlənməsindən sonra üzr istəyib. Eyni zamanda, diplomatik nümayəndəlik simptomların səbəblərinin müəyyənləşdiriləcəyinə ümid edir.

Qeyd olunub ki, Fransa səfirliyi məsələ ilə bağlı Ermənistan Səhiyyə Nazirliyi ilə əlaqədədir.

Fransa səfirliyinin qəbuluna çox sayda qonaq, o cümlədən hökumət nümayəndələri, siyasətçilər, ictimai xadimlər, səfirlər dəvət edilib. Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan da tədbirdə iştirak edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam