Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

“Bizim Mərkəzi Asiya ölkələri, həmçinin qonşularımız – Azərbaycan, Ermənistan, Türkiyə ilə sıx münasibətlərimiz var və biz bu münasibətləri daha da dərinləşdirmək istəyirik”.

Yenixeberorg.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Sinqapurda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Gürcüstan strateji əhəmiyyətli coğrafi mövqeyə malikdir və ondan istifadə hər cəhətdən böyük əhəmiyyət kəsb edir.

“Bizim bir çox ölkə ilə azad ticarət sazişlərimiz var və bu, bir çox ölkələri Gürcüstanla iqtisadi əlaqələrin inkişafına cəlb etmək üçün çox yaxşı zəmin yaradır. Gürcüstan hər cəhətdən müxtəlif ölkələr üçün mərkəzə çevrilə bilər. Buna uyğun olaraq, bu resursdan maksimum dərəcədə istifadə etmək üçün fəal çalışmalıyıq”, - Kobaxidze əlavə edib.

Baş nazir qeyd edib ki, Sinqapur dünyanın aparıcı iqtisadiyyatlarından biri olduğu üçün vacib istiqamətlərdən biridir və bu ölkə ilə bütün sahələrdə əməkdaşlığı dərinləşdirmək Gürcüstan üçün faydalı olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam