Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

ASA-ya daha bir işgüzar səfər baş tutub-FOTOLAR

Azərbaycan İdman Akademiyasına (ASA) Gürcüstan Dövlət İdman Universitetinin Məşqçilik fakültəsinin dekanı Nino Dzaganianın rəhbərlik etdiyi nümayəndə heyətinin işgüzar səfəri baş tutub.

Yenixeberorg.com xəbər verir ki, səfər çərçivəsində qonaqlara Akademiyanın fəaliyyəti, beynəlxalq əlaqələri, tədris prosesi və elmi-tədqiqat istiqamətləri haqqında ətraflı məlumat verilib. Gürcüstan təmsilçiləri MediaLab, İdman tibbi tədqiqatları laboratoriyası, auditoriyalar və idman infrastrukturu ilə tanış olaraq ASA-da yaradılmış təhsil və elmi mühiti yüksək qiymətləndirib.

Daha sonra tədris işləri üzrə prorektor Ülkər Babayevanın rəhbərlik etdiyi heyətlə keçirilən görüşdə təhsil proqramlarının inkişafı, keyfiyyət təminatı sahəsində təcrübə mübadiləsi, akademik mobillik, birgə elmi layihələr və peşəkar inkişaf proqramları müzakirə edilib.

Sonda tərəflər gələcək əməkdaşlıq təşəbbüsləri və əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam