Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycan və Serbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr olub

Azərbaycan və Serbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr olub

Belqrad şəhərində 28 iyul tarixində Azərbaycan Respublikası və Serbiya Respublikası Xarici İşlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb

Qeyd edilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Serbiya Respublikasının nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin dövlət katibi Damyan Yoviç rəhbərlik edib.

Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi, siyasi, iqtisadi, energetika və humanitar sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər, həmçinin beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində görüləcək işlər ətrafında fikir mübadiləsi aparıblar.

Siyasi məsləhətləşmələr çərçivəsində Azərbaycanın regionda dayanıqlı sülh və əməkdaşlığın təşviqi istiqamətində atdığı addımlar, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin yaratdığı humanitar çağırışlar, eləcə də həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri barədə ətraflı məlumat verilib.

Səfər çərçivəsində F. Rzayev həmçinin Serbiya Respublikası Prezidentinin müşaviri Tatyana Yoviç və Serbiya Respublikası Milli Assambleyasının sədr müavini, Xarici İşlər Komitəsinin sədri Marina Raquş ilə görüşlər keçirib, eləcə də Serbiyanın Beynəlxalq Siyasət və İqtisadi Araşdırmalar İnstitutunda tədqiqatçılar və ekspertlərlə təşkil olunmuş dəyirmi masa müzakirələrində iştirak edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam