Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Türk İnvestisiya Fondu və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu Anlaşma Memorandumu imzalayıblar

Türk İnvestisiya Fondu (TİF) və Özbəkistan–Qırğızıstan İnkişaf Fondu (ÖQİF) institusional əməkdaşlığın gücləndirilməsi və investisiya imkanlarının birgə təşviq edilməsi məqsədilə Anlaşma Memorandumu imzalayıblar.

Yenixeberorg.com xəbər verir ki, sənədə Bişkekdə keçirilmiş "Qırğızıstan–Özbəkistan: Sənaye əməkdaşlığı, investisiyalar və ticarət" biznes forumu çərçivəsində TİF-in Baş direktoru Ramil Babayev və OQİF-in İdarə Heyətinin sədri cənab Əzir Əliyev imza atıb.

Tərəfdaşlıq birgə layihələrin müəyyənləşdirilməsi, regional bağlantıların inkişafı, özəl sektorun cəlb edilməsi, yaşıl və iqlimə davamlı investisiyaların təşviqi, eləcə də maliyyələşdirmə və xəzinədarlıq əməliyyatları sahəsində institusional potensialın gücləndirilməsi kimi istiqamətləri əhatə edəcək. Hər iki qurum, həmçinin risklərin bölüşdürülməsi mexanizmlərini, transsərhəd investisiyaların və biznesin genişlənməsinin dəstəklənməsi imkanlarını araşdıracaq.

R.Babayev bildirib ki, Qırğızıstan və Özbəkistan Orta Dəhlizin mərkəzində yerləşir: "Bu Anlaşma Memorandumu strateji əhəmiyyət daşıyan həmin bazarlarda bizimlə ortaq mandatı bölüşən institutlarla əməkdaşlığı dərinləşdirmək öhdəliyimizi əks etdirir. ÖQİF geniş yerli biliklərə və özünü doğrultmuş ikitərəfli əməkdaşlıq platformasına malikdir. Birgə üzv dövlətlərimizdə özəl sektorun inkişafını, regional bağlantıları və iqtisadi inteqrasiyanı dəstəkləyən güclü birgə maliyyələşdirmə layihələri portfelinin formalaşdırılmasını hədəfləyirik".

TİF və ÖQİF Memorandumun icrasını nəzərdən keçirmək və gələcək əməkdaşlıq üçün konkret imkanları müəyyənləşdirmək məqsədilə ən azı altı ayda bir dəfə olmaqla mütəmadi görüşlərin keçirilməsi barədə razılığa gəliblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam