Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Türkiyənin dövlət neft şirkəti Kərkük yatağında 15 faiz pay alıb

Türkiyənin dövlət neft şirkəti Kərkük yatağında 15 faiz pay alıb
Türkiyənin dövlət neft şirkəti TPAO (Turkish Petroleum) İraqın şimalındakı Kərkük neft yataqlarını işlədən BP-nin rəhbərlik etdiyi konsorsiumda 15 faiz pay əldə edib.

Yenixeberorg.com: Bu barədə Anadolu Agentliyi Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, razılaşma İraqın Baş naziri Əli əz-Zeydinin Ankaraya səfəri çərçivəsində imzalanıb.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, razılaşmaya əsasən, TPAO BP Energy Company of Kirkuk Limited (BPECKL) şirkətinin 15 faiz səhmini alacaq.

Sövdələşmə başa çatdıqdan sonra şirkətin səhmdar strukturu belə olacaq: BP – 43 faiz, ConocoPhillips – 42 faiz, TPAO – 15 faiz.

Nazir qeyd edib ki, bu razılaşma TPAO-ya Kərkükdəki strateji əhəmiyyətə malik neft yataqlarının işlənməsində BP və digər tərəfdaşlarla birlikdə iştirak etmək imkanı verəcək.

Qeyd edək ki, Kərkük dünyanın ən iri neft yataqlarından biri hesab olunur və İraqın əsas enerji mərkəzlərindən biridir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam