Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Yol polisi ara məsafəsinin qorunması ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi ara məsafəsinin qorunması ilə bağlı sürücülərə müraciət edib.

Yenixeberorg.com-un məlumatına görə, təhlillərə əsasən, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan əsas amillərdən biri də hərəkət zamanı təhlükəsiz ara məsafəsinin qorunmaması olub.

Bildirilib ki, bu cür qayda pozuntusu xüsusilə magistral avtomobil yollarında yüksək sürətlə hərəkət zamanı, eləcə də şəhərdaxili yollarda nəqliyyat axınının intensiv olduğu şəraitdə ağır nəticələrə səbəb olur. Ara məsafəsinin kifayət qədər saxlanılmaması qarşıdakı nəqliyyat vasitəsinin qəfil əyləcləməsi, gözlənilmədən hərəkət istiqamətini dəyişməsi, maneə ilə qarşılaşması və ya hərəkəti dayandırması zamanı sürücünün vaxtında reaksiya verməsini çətinləşdirir.

Məlumatda qeyd olunub ki, qarşıdakı nəqliyyat vasitəsi ilə saxlanılan ara məsafəsi elə olmalıdır ki, qəfil əyləcləmə, gözlənilməz maneənin yaranması və ya digər təhlükəli vəziyyət zamanı sürücünün vəziyyəti düzgün qiymətləndirməsi, vaxtında reaksiya verməsi və nəqliyyat vasitəsini təhlükəsiz şəkildə saxlaması mümkün olsun.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam