Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Veysəloğlu MMC”nin “Dost Əllər” layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib -FOTO

“Veysəloğlu MMC” sosial məsuliyyət istiqamətində həyata keçirdiyi layihələrlə cəmiyyətin müxtəlif qruplarının inkişafına dəstək göstərməyə davam edir.

Yenixeberorg.com: Şirkətin həyata keçirdiyi “Dost Əllər” layihəsi çərçivəsində, Dr. Oetker markasının tərəfdaşlığı ilə Kaşalata Cafedə neyromüxtəlifliyi olan gənclər üçün xüsusi masterklass təşkil olunub.

Masterklass Xonça Fabrikinin baş texnoloqu Elnur Zeynalovun rəhbərliyi ilə baş tutub. Tədbir zamanı autizmli gənc Həmzə cupcake-lər hazırlayıb, digər iştirakçılar isə onları böyük həvəslə bəzəyərək prosesdə fəal iştirak ediblər.

Layihənin əsas məqsədi neyromüxtəlifliyi olan gənclərin sosial inteqrasiyasına dəstək vermək, onların yeni bacarıqlar əldə etmələri üçün imkan yaratmaq, yaradıcılıq potensialını təşviq etmək və faydalı, öyrədici mühitdə xoş təcrübələr qazanmalarına töhfə verməkdir.

“Veysəloğlu MMC” sosial məsuliyyət istiqamətində həyata keçirdiyi layihələrlə cəmiyyətin müxtəlif qruplarının inkişafına dəstək göstərməyə, inklüziv təşəbbüslərin genişlənməsinə və cəmiyyət üçün davamlı dəyər yaratmağa davam edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam