Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ukrayna cəbhədən 1300 kilometrədək məsafədə yerləşən hədəfləri vurub -RƏSMİ

Ukrayna Prezidenti Volodimir Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Müdafiə Qüvvələrinin Rusiya ərazisində cəbhə xəttindən 1300 kilometrədək uzaqlıqda yerləşən hədəflərə uğurlu zərbələr endirdiyini bildirib.

Yenixeberorg.com: Zelenski bu barədə "Telegram" kanalında paylaşım edib.

Onun sözlərinə görə, zərbələr nəticəsində Rusiyanın Başqırdıstan Respublikasında yerləşən "Başneft-Novoyl" neft emalı zavodu vurulub.

Prezident əlavə edib ki, Yaroslavl vilayətində, Ukrayna sərhədindən təxminən 700 kilometr məsafədə yerləşən "Slavneft-YANOS" neft emalı zavoduna da zərbə endirilib.

Zelenski Qara dəniz akvatoriyasında da uğurlu əməliyyatların həyata keçirildiyini vurğulayıb.

“Qara dənizdəki hədəflərə qarşı uğurlu zərbələr endirilib. İki hərbi patrul kateri və Rusiyanın “kölgə donanması”na aid gəmilər vurulub”, – Ukrayna Prezidenti qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam