Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Türkiyədə yük avtomobili nəqliyyat vasitələrinə çırpılıb -Ölən və yaralananlar var/FOTO

Türkiyənin Konya vilayətində yük avtomobili qırmızı işıqda dayanan nəqliyyat vasitələrinə çırpılıb.

Yenixeberorg.com xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

İlkin məlumata görə, Konya istiqamətində hərəkət edən yük avtomobilinin əyləci sıradan çıxıb. Nəticədə sürücü idarəetməni itirib və qarşı hərəkət zolağına keçərək işıqforda gözləyən iki minik, bir yüngül kommersiya və digər yük avtomobilinə çırpılıb.

Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə və polis əməkdaşları cəlb edilib.

Yaralılar sıxışıb qalan avtomobillərdən çıxarıldıqdan sonra xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam