Pirşağıda batan 16 yaşlı gəncin meyiti tapılıb

Sabunçu rayonu, Pirşağı qəsəbəsində avqustun 6-da ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə batan 2010-cu il təvəllüdlü Seyidəmirov Asiman Elaqif oğlunun meyiti tapılıb.
Yenixeberorg.com: Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, meyit FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.










AZ
RU