Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiyanın Gelencik şəhərində dron təhlükəsi:şəhərin bütün çimərlikləri bağlanıb

Rusiyanın Krasnodar diyarında yerləşən Gelencik şəhərində avqustun 8-də pilotsuz uçuş aparatlarının hücumu təhlükəsi elan edilib.

Yenixeberorg.com xəbər verir ki, şəhərdə hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti fonunda sakinlər və turistlərdən çimərlikləri tərk etmələri tələb olunub.

Gelencik şəhərinin rəhbəri Aleksey Boqodistov bildirib ki, Gelencik, Kabardinka və Divnomorsk kənd dairələrində bütün çimərliklərin fəaliyyəti dayandırılıb. Qərarın insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul edildiyi açıqlanıb.

Məlumata görə, şəhərdə hava həyacanı siqnalı işə salınıb və hava hücumundan müdafiə sistemləri fəaliyyət göstərir.

Bundan əvvəl Gelencikdə səmada partlayış səslərinin eşidildiyi barədə məlumatlar yayılmışdı.

Qeyd edək ki, avqustun 3-də Gelencik yaxınlığındakı Arxipo-Osipovka qəsəbəsində çimərlik ərazisinə PUA düşməsi nəticəsində 7 nəfər, o cümlədən 3 uşaq ölüb, 40-dan çox insan yaralanıb. Hadisə ilə əlaqədar Gelencik hava limanında da müvəqqəti uçuş məhdudiyyətləri tətbiq edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam