Orban vəzifədən azad etmişdi -Prezidentliyə namizəd oldu

Macarıstanın hakim “Tisza” Partiyası ölkə prezidentliyinə keçmiş Ali Məhkəmə sədri Andras Bakanı namizəd göstərib.
Yenixeberorg.com: Partiyanın parlament fraksiyası namizəd barədə qərarı gizli səsvermə ilə qəbul edib.
73 yaşlı Baka bu vəzifəyə üç namizədin arasından seçilib.
O, 2009- 2012-ci illərdə Macarıstan Ali Məhkəməsinə sədrlik edib.
Macarıstan parlamentində prezident seçkisinin avqustun 11-də keçirilməsi gözlənilir.









AZ
RU