Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İran Milli Təhlükəsizlik Ali Şurasının yeni katibi...

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsin Rezai

İranın keçmiş İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı və ali rəhbərin müşaviri Möhsin Rzai Milli Təhlükəsizlik Ali Şurasının katibi təyin edilib.

Yenixeberorg.com: Bu barədə İran Prezidentinin ofisi məlumat yayıb.

İran Prezidentinin ofisinin kommunikasiya və informasiya məsələləri üzrə müavini Mehdi Təbətəbai bildirib ki, Məhəmməd Baqer Zülqədərin Milli Təhlükəsizlik Ali Şurasının katibi vəzifəsindən istefa verməsi və yeni məsuliyyət daşıması ilə əlaqədar Prezident Məsud Pezeşkianın sərəncamı ilə Möhsin Rezai bu vəzifəyə təyin olunub.

Rezai, həmçinin İranın ali rəhbəri ayətullah Seyid Müctəba Hüseyni Xamenei tərəfindən Milli Təhlükəsizlik Ali Şurasında ali rəhbərin nümayəndəsi vəzifəsinə təyin edilib.

Bundan əvvəl Milli Təhlükəsizlik Ali Şurasının katibi vəzifəsində çalışmış Məhəmməd Baqer Zülqədər isə siyasi məsələlər üzrə müşavir təyin olunub.

Qeyd edək ki, 72 yaşlı Möhsin Rzai İranın tanınmış hərbi və siyasi simalarından biridir. O, daha əvvəl SEPAH-ın komandanı və İranın ali rəhbərinin hərbi müşaviri vəzifələrində çalışıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam