Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq

Bu gün Bakının Binə və Nardaran qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Yenixeberorg.com: Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binə qəsəbəsinin Ə. İsazadə küçəsinin, Nardaran qəsəbəsinin Abşeron, Ə. Tağıyev, M. İbrahimov küçələrinin qaz təchizatında qısamüddətli fasilə olacaq.









AZ
RU