Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiyanın Krasnodar vilayətinə kütləvi PUA hücumu olub

Rusiyanın Krasnodar vilayətində 12 avqust gecəsi kütləvi PUA hücumu baş verib.

Yenixeberorg.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi ölkənin müxtəlif regionları üzərində gecə ərzində 502 PUA-nın məhv edildiyini və ya ələ keçirildiyini açıqlayıb.

Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev bildirib ki, hava hücumu zamanı yüzlərlə pilotsuz uçuş aparatı zərərsizləşdirilib.

Hücumun əsas istiqamətlərindən biri Novorossiysk olub. Şəhərdə PUA qalıqlarının yaşayış binalarına düşməsi nəticəsində 8 yaşlı uşaq həlak olub, daha 8 nəfər yaralanıb. Şəhərdə 21 yaşayış binasına və dörd müəssisəyə ziyan dəydiyi bildirilir.

Dron hücumu nəticəsində Temryuk rayonunun Volna qəsəbəsində də bir kişi ölüb. Beləliklə, Krasnodar vilayətində gecə hücumunda ölənlərin sayı ən azı iki nəfər olub.

Sevastopol da gecə hücumlarının hədəflərindən biri olub. Şəhərin Rusiya tərəfindən təyin edilmiş qubernatoru Mixail Razvojayev 30-dan çox Ukrayna dronunun zərərsizləşdirildiyini deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam